Qala divarlarını korlayanlar müəyyən olundu

saytların hazırlanması

Evə çatdırılma

Qala divarlarını korlayanlar müəyyən olundu

Hadisə

26 İyul 2022 21:01 1308


İçərişəhərin Qala divarlarını yazılarla korlayanlar tapılıb.

Yenisabhaş.az xəbər verir ki, vandalizmin hələ ötən il noyabrın 7-də paytaxt sakinləri 14 yaşlı P.B, 14 yaşlı M.M və 13 yaşlı D.V tərəfindən törədilməsi müəyyən edilib.

Hər üç azyaşlının valideyni ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyinə dair qərar qəbul edilib.   pizza mizza

Hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun müqavilə bağlamış bərpa şirkəti ilə birgə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən dəymiş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!