Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi

Sosial

14 Sentyabr 2020 17:33 949


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12757 manat məbləğində cərimə olunub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!