Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə qalmaqala səbəb olacaq addım atıb.
Yenisabah.az xəbər verir ki, 1975-ci ildə çəkilən "Dədə Qorqud" filmində Xalq artisi Yalçın Rzazadənin oxuduğu "İncəbellim" mahnısını oxuyan Qara Dərviş etirazla qarşılanıb.
Belə ki, “Azərçay”ın “YouTube” kanalına yerləşdirilən videoda sözügedən mahnının sözlərinin və musiqisinin müəllifinin Qara Dərviş olduğu iddia edilib. pizza
Qeyd edək ki, həmin mahnının sözləri folklordur, xalqa məxsusdur. Mahnının musiqisi isə bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarı, Xalq artisti Emin Sabitoğluna aiddir.
Telegram kanalımız