Qarabağdan çıxan separatçılar artıq Ukraynanın Donetsk bölgəsində peyda olublar.
Yenisabah.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Luka Staynmann X sosial şəbəkəsində məlumat yayıb.
Döyüş bölgəsindən "Repubblica" nəşri üçün reportaj yazan reportyor qeyd edib: "Donbass yaxınlığında rus ordusu sıralarında döyüşən qarabağlı erməni. Bir neçə erməni Ukraynada döyüşmək üçün rus qoşunlarına və "Vaqner qrupuna qoşulub. Mən onlarla cəbhə bölgəsində görüşdüm". pizza mizza
Xatırladaq ki, sentyabrın 19-20 döyüşlərindən sonra Qarabağdakı erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk edib. Bundan sonra rusiyalı jurnalist Vladimir Solovyov rişxəndlə bildirmişdi ki, "bundan sonra qarabağ erməniləri Ukraynada döyüşsələr yaxşıdır".
İtaliyalı jurnalistin qeydlərindən bu anlaşılır ki, qanunsuz erməni birləşmələrinin üzvləri bu tövsiyəyə uyğun hərəkət ediblər.
Telegram kanalımız