Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilər   - XƏRİTƏ

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilər - XƏRİTƏ

Sosial

20 Noyabr 2020 16:14 1746


Rusiya sülhməramlıları Dağlıq Qarabağda təmas xətti boyunca 22 post quraşdırıb.

Yenisabah.az xəbər verir ki, sülhməramlıların nəzarət edəcəyi ərazilərin sahəsi hesablanıb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altındakı 11,4 min kvadrat kilometr ərazinin 3.716 kvadrat kilometri döyüşlər zamanı geri aldığı, 5.174 kvadrat kilometri isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq Ermənistan Ordusunun 1 dekabra qədər tam tərk edəcəyi ərazilərdir. Dördpendirli pizza

Beləliklə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir.

Həmin bölgənin də yaxın illərdə vahid Azərbaycanın tərkibinə inteqrasiya olunması gözlənilir.

Modern.az-ın hesablamasına görə, Rusiyalı sülhməramlıların nəzarət etdiyi kiçik ərazini çıxmaq şərtilə Azərbaycan işğal altındakı torpaqlarının 74,8%-ni işğaldan tam azad edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!