“Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur” - Lavrov

Siyasət

24 Yanvar 2024 22:06 772


Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir. Sezar pizza

"Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir", - nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!