“Qarabağdakı məğlubiyyətin planlaşdırılması ilə bağlı əsaslı şübhələr var” - Koçaryan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağdakı məğlubiyyətin planlaşdırılması ilə bağlı əsaslı şübhələr var” - Koçaryan

Siyasət

05 Mart 2021 02:34 947


“Qarabağdakı məğlubiyyət planlaşdırılıb. Bununla bağlı əsaslı şübhələr var”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya mətbuatı üçün keçirdiyi mətbuat konfransında bildirib.

“Həm müharibə dövründə, həm də əsasən ondan sonra hökumətin və şəxsən baş nazirin hərəkətləri ilə bağlı çox ciddi şübhələr var. Bu barədə fikirlərimi iki general-polkovnik, üçüncü prezident və bir çox başqa şəxslər də təsdiqləyə bilər. pizza hut

“Müharibənin 3-cü günü Silahlı Qüvvələri təmin edəcək səfərbərliyin əsas komponenti niyə dayandırıldı? Niyə təcrübəli hərbi zabitlər, generallar, polkovniklər dəyişdirildi, ya da müharibədən əvvəl vəzifədən çıxarıldı? Paşinyan oktyabrın 4-də Baş Qərargah vasitəsilə müharibədə məğlub olacağını bilə-bilə oktyabrın 19-da Vladimir Putinin təklifini qəbul etmədi. Bütün bunlar istintaq orqanları tərəfindən araşdırılmalıdır. Cavablar olmadığı təqdirdə, hər hansı bir fərziyyə ortaya çıxa bilər.”, - deyə Koçaryan vurğulayıb. /Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!