“Qarabağın qalan hissəsini dinc yolla Azərbaycana qaytarmaq lazımdır” -   Sergey Markov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağın qalan hissəsini dinc yolla Azərbaycana qaytarmaq lazımdır” - Sergey Markov

Siyasət

07 Dekabr 2020 17:43 2238


"Ermənistan ərazisindən Naxçıvan dəhlizi iqtisadiyyat üçün son dərəcə əhəmiyyətlidir".

Yenisabah.az xəbər verir ki, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikrini “İnformasiya müharibələri. “Qarabağ uğrunda mübarizə” rusiyalıların kütləvi şüurunda” mövzusunda keçirilən dəyirmi masada "Azərtac"ın müxbirinin suallarını cavablandırarkən bildirib.

Ekspertin qeyd edib ki, Ermənistan ərazisindən dəhliz Azərbaycanı və Türkiyəni quru yolla əlaqələndirir: Sezar pizza

"Bu dəhliz çox böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət kəsb edə bilər. Azərbaycanın əldə etdiyi bu hissə Laçın dəhlizinə balans qismində ayrılıb. Əgər Ermənistan bu dəhlizin tikintisinə razılıq verməzsə, o halda Azərbaycan Dağlıq Qarabağ ilə Ermənistan ərazisini bağlayan Laçın dəhlizini bloklayacaq”.

S.Markov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya kanallarına paralel müsahibə zamanı “Nikol Paşinyanı tam məğlub etməsi”ni vurğulayan ekspertlərlə eyni fikirdə olduğunu qeyd edib:

"Multikulturalizm Azərbaycanda əsas dövlət ideologiyasıdır. Erməniləri Azərbaycan cəmiyyətinə real şəkildə daxil etmək lazımdır. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevə münaqişə xətlərinin “donunu açmaq” gərəkdir. Bundan ötrü Ermənistanın da iştirak edə biləcəyi Naxçıvan nəqliyyat dəhlizini qurmaq və bunun vasitəsilə barışıq yolu ilə getmək lazımdır. Daha sonra bir hissəsi hərbi yolla qaytarılmış Dağlıq Qarabağın qalan hissəsini dinc yolla Azərbaycana qaytarmaq lazımdır”.

Markovun sözlərinə görə, əsas məqsəd məhz budur.

“Mənə elə gəlir ki, nəqliyyat kommunikasiyalarının beynəlmiləlləşdirilməsi, qloballaşdırılması müasir tendensiyalara cavab verən düzgün addımdır. Məntiq belədir ki, Dağlıq Qarabağı “fəth etməyə”, Dağlıq Qarabağda hər hansı etnik təmizləmə aparmağa ehtiyac yoxdur. Kommunikasiyaları elə açmaq lazımdır ki, Dağlıq Qarabağdan olan iş adamları biznes qurmaq üçün Yerevana deyil, Bakıya getsinlər. Naxçıvana dəhliz layihəsinin reallaşdırılması uzun illər tələb edir. Buraya yolların tikilməsi, bu yolların ətrafında infrastrukturun qurulması daxildir. Buradan xeyli insan gəlir əldə edə bilər, bu, uzun illəri əhatə edəcək və perspektivli layihədir”. 

Politoloq deyib ki, Rusiyadakı informasiya müharibəsində Azərbaycan Ermənistandan daha uğurlu oldu. Onun fikrincə, döyüş əməliyyatları zamanı Ermənistan bu ölkənin rəhbərliyinin sonradan etiraf etdiyi kimi, son dərəcə saxtalaşdırılmış formada məlumat verirdi:

“Burada Ermənistan bir neçə təbliğat xətti apardı. Birincisi, ermənilər xristiandır, qardaş xalqdır və bu səbəbdən ruslar onlara kömək etməlidir. Bu xətt əhalinin müəyyən dəstəyi ilə qarşılandı. Tədricən ön plana çıxan ikinci xətt isə müharibənin Azərbaycan və Ermənistan arasında yox, Türkiyə ilə Rusiya arasında olması düşüncəsi idi. Amma bu təbliğat xətti tam iflasa uğradı, çünki Vladimir Putin kəskin şəkildə buna qarşı çıxdı, Rusiya ilə Türkiyə arasında yaxşı əlaqələr olduğunu, Ərdoğan haqqında çox xoş sözlər söylədi. Digər uğursuz xətt Rusiyanın hərbi əməliyyatlara müdaxilə edib əsgər göndərməli olması ilə bağlı idi. Bu, Rusiya ictimaiyyətində böyük reaksiyaya səbəb oldu. Vətəndaşlar nəhəng erməni diasporunun oğullarını Dağlıq Qarabağda döyüşməyə göndərmədiyi halda rusların Ermənistan üçün ölməli olduğunu qəbul etmədi. Özü də düşünürəm ki, bu reaksiyanın uzunmüddətli nəticələri olacaq”.

S.Markovun sözlərinə görə, ümumiyyətlə, informasiya müharibəsinin nəticələrinə əsasən deyə bilərik ki, əvvəlcə Ermənistan böyük üstünlük qazansa da sonradan bu üstünlük reallaşmayıb:

"Onlar böyük üstünlük qazanmışdı, çünki xristian ölkəsidir, Rusiyadakı erməni diasporu azərbaycanlılarınkından daha güclü və daha nüfuzludur və Rusiya mediasında çox təsirli qüvvəyə malikdirlər. Ancaq bu üstünlük reallaşdırılmadı. Azərbaycanın ən mühüm uğuru ondan ibarət idi ki, əvvəlki dövrlərdən fərqli olaraq, indi Rusiya mediasında Azərbaycanın mövqeyini çatdıranlar var və onlar kifayət qədər effektiv çalışdılar. Əvvəllər informasiya müharibəsində erməni tərəfinin mütləq üstünlüyü var idi, indi belə mütləq üstünlük yox idi”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!