“Qarabağla bağlı qərar bizi şoka saldı” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağla bağlı qərar bizi şoka saldı” - Lavrov

Siyasət

19 Yanvar 2024 00:59 1203


“Qarabağın statusu məsələsini Ermənistanın Baş naziri Nikol Paşinyan bağladı”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“2020-ci ilin noyabrında və ondan sonra imzalanan sənədlərdə Qarabağ ərazisi “Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonası” kimi göstərildi. Üç ölkənin liderləri arasında Qarabağla bağlı danışıqların davam etdirilməsi, status məsələsinin də müzakirəsi razılaşdırıldı. Marqarita pizza

2022-ci ilin payızında Makron Praqada Avropa siyasi icmasının konfransını keçirəndə bizim təəccübümüzü təsəvvür edə bilirsiniz? Onlar Azərbaycan və Ermənistanın Alma-Ata bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdığına dair sənədi təsdiqlədilər”.

Xatırladaq ki, 2022-ci il oktyabrın 6-da Praqada Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu tanımışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!