“Qardaşı arvadı min hoqqadan çıxıb” - “Mən danışsam, gündəm yerlə-yeksan olar”   - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Qardaşı arvadı min hoqqadan çıxıb” - “Mən danışsam, gündəm yerlə-yeksan olar” - Qalmaqal

Şou

12 Oktyabr 2022 10:34 77651


Bir neçə gün əvvəl aktrisa Nəzakət Məmmədovanın həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyini efirdə açıqlaması müzakirələrə səbəb oldu.

Yenisabah.az xəbər verir ki, “Ümid ilə gəl” verilişində qonaq olan teleaparıcı Rövşanə Ağasəfqızı və müğənni Roza Zərgərli də məsələyə münasibət bildirib.

Onlar efirdə bu cür fikirlər səsləndirilməsinə qarşı çıxıblar. Rövşanə Ağasəfqızı deyib ki, bu cür müzakirələrin efir məkanına yol tapması tamaşaçıya qarşı hörmətsizlikdir: pizza hut

“Biabırçılığa bax. Qardaşı arvadı min hoqqa çıxardıb, öz əri bir… Dəhşətli bir şeydir. Olmaz! Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil”. 

Roza Zərgərli da tərəf müqabilinin fikrini dəstəkləyib. Müğənni deyib ki, onun həyatında da inanılmaz hadisəılər olub: "Danışsam, gündəm yerlə-yeksan olar. Hər şeyi efirdə danışmaq olmaz".  

Qeyd edək ki, N.Məmmədova çıxışında boşanmasının səbəblərini açıqlamışdı:

“Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Onları birgə öz evimdə tutdum. Həyat yoldaşım mənə söylədi ki, bu haqda kiməsə danışsan səni öldürərəm. Məndə 6 ay susdum. Bu hadisədən sonra qardaşım da, mən də boşandım”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!