Qarşı tərəfin Rəşad Dağlıdan şikayəti yoxdur - Proses

saytların hazırlanması

Evə çatdırılma

Qarşı tərəfin Rəşad Dağlıdan şikayəti yoxdur - Proses

Kriminal

01 May 2023 18:08 946


Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir  ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib.

İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib. Dördpendirli pizza

Rəşad Dağlı ittihama münasibət bildirib, özünü qismən təqsirli bilib. O, məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi ifadə verib. O hər hansı şikayətlərinin olmadığını deyib.

Rəşad Dağlının vəkili Elvin Əliyev isə deyib ki, qəsdən adam öldürmə və qanunsuz silah saxlama ittihamını qəbul etmirlər, təqsirləndirilən şəxs bununla bağlı geniş ifadə verəcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!