Qaxda avtomobil beton maneəyə çırpıldı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Qaxda avtomobil beton maneəyə çırpıldı, xəsarət alanlar var

Hadisə

18 Dekabr 2022 22:59 960


Qax rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qax rayon Turaclı kənd sakininin idarə etdiyi 10-BZ-075 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb. Toyuqlu pizza

Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!