Qaynı qəzaya dair şayiələrdən danışdı - Video

Qaynı qəzaya dair şayiələrdən danışdı - Video

Şou Saytların hazırlanması

23 Mart 2023 11:00 1576


Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev mərhum prodüser Oqtay Əliyevlə bağlı şayiələrə aydınlıq gətirib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, prodüserin ürəktutmasından vəfat etməsi barədə yayılan söz-söhbətlərin yalan olduğunu qeyd edib: 

“Şayiələr yayılıb ki, ürək əməliyyatı olunub. Qətiyyən belə bir şey yoxdur.  Heç vaxt ürəyində problem olmayıb, daim müayinədən keçib.

Qəza isə ani olub, idarə edərkən huşunu itirib. Bağ evinə gedirdilər. Biz də əvvəlcədən getmişdik, onları gözləyirdik. Dilarənin sürücüsünə zəng gəldi, tez hadisə yerinə getdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!