Qaz limiti ilə bağlı təklif – ARTIRILSIN!

saytların hazırlanması

Evə çatdırılma

Qaz limiti ilə bağlı təklif – ARTIRILSIN!

Sosial

25 Noyabr 2024 17:02 19820


Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”. Pepperoni pizza

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mammadov Tahir Mayıl
    Komentlərə baxıram gülmək tutdu, nə limit artımı, nə o birisi, ümumiyyətlə qaz, su, işıq pulsuz olmalıdır!!! Bu qədər bəsit!
    1 year ago
  • İltifat Hacıyev
    Əmək haqqının 30-40 faizi komunala gedir.Ortaq bir qiymət olsa çox yaxşı olar.
    1 year ago
  • Islam
    20 manat qaz yukledim 8 manatliq oldu bele olmaz axi vallah catdirmag olmur
    1 year ago
  • Solmaz
    Mən təqaüdçüyəm. Bakı şəhərində yaşayıram. Dəfələrlə sakinlər adından Prezident Administrasiyasına müraciət etmişəm. Qaz limitini heç olmasa 2500- 3000 qaldırsınlar. Çatdıra bilmirik. 25 qəpikdən işləyir sayqac.
    1 year ago
  • Solmaz
    Mən təqaüdçüyəm. Bakı şəhərində yaşayıram. Dəfələrlə sakinlər adından Prezident Administrasiyasına müraciət etmişəm. Qaz limitini heç olmasa 2500- 3000 qaldırsınlar. Çatdıra bilmirik. 25 qəpikdən işləyir sayqac.
    1 year ago
  • Yeganə
    Salam bizim evdə qaz var ancaq işlədə bimirik çünki pulunu ödəyə bilmirik indiki zəmanədə odun peçi yandırırıq onu da tapsaq. əziz prezidentimizə müraciət edirik heç olmasa limit ləğv olunsun
    1 year ago
  • Tural
    Salam aleykum tək Naxçıvan şəhəri deyil Tovuz, Gədəbəy, Daşkəsən və s. Dağlıq rayonlar var onlarıda nəzərə almaq lazımdır
    1 year ago
  • Asif Musayev
    Xəstəm var çatdıra bilmirəm limit ya ləvğ olunsun yada artırılsın
    1 year ago