Qaz sayğaclarında yenilənmə nə vaxt olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğaclarında yenilənmə nə vaxt olacaq?

Sosial

01 Yanvar 2025 12:47 4736


Smart kart tipli sayğaclar yanvarın 1-nə keçən gecə, saat 00:00-dan etibarənyenilənməni avtomatik olaraq həyata keçib.

Yenisabah.az xəbər verir ki, dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanır.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvara qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur. Sezar pizza

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!