Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

13 May 2023 17:36 1093


Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Müşfiq Qasımov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 440 qram heroin, 570 qram marixuana, tramadol həbi, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Marqarita pizza

M.Qasımov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!