Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edərək, bu texnikanın üçüncü ölkənin mülkiyyəti olduğunu və təmir üçün Rusiya Federasiyasına gətirildiyini qeyd edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi geniş bəyanat yayıb.
Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Qazaxıstan hərbi texnikasının guya Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir. Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib”. Toyuqlu pizza
Mətbuat xidməti xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.
Telegram kanalımız