Qazaxıstanda 2 terror aktının qarşısı alınıb - Rəsmi

Qazaxıstanda 2 terror aktının qarşısı alınıb - Rəsmi

Dünya Veb saytların hazırlanması

08 Sentyabr 2023 12:28 401


Qazaxıstanda 2023-cü ildə 2 terror aktının qarşısı alınıb.

Yenisabah.az Kazinform-a istinadla xəbər verir ki, bunu Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədr müavini Ruslan Seysembayev deyib.

O, Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu Şurasının iclasında qeyd edib ki, hazırda Qazaxıstanda artan terror təhlükəsi yüksək olaraq qalır, ölkədə ən azı 2 terror aktının qarşısı alınıb. 

R. Seysenbayevin sözlərinə görə, bu il ilkin hazırlıq mərhələsində Türküstanda Xoca Əhməd Yasəvinin məqbərəsində əldəqayırma partlayıcı qurğunun işə salınması cəhdlərinin və Astanada insanların sıx toplaşdığı yerlərdə silahlı hücumun qarşısı alınıb.

MTK sədrinin müavini əlavə edib ki, MTK-ya daxil olan məlumatlar ŞƏT-ə üzv dövlətlər üçün terror təhlükələrinin formalaşmasının “bir sıra dominant amillərin təsiri altında baş verdiyi” qənaətinə gəlməyə imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!