“Qazaxıstanda Qarabağ təcrübəsindən istifadə olunub“   - Şoyqu

saytların hazırlanması

Evə çatdırılma

“Qazaxıstanda Qarabağ təcrübəsindən istifadə olunub“ - Şoyqu

Dünya

11 Yanvar 2022 17:14 1158


"KTMT-nin kollektiv sülhməramlı qüvvələri vəziyyət tam sabitləşdikdən sonra Qazaxıstandakı missiyasını başa vuracaq".

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, qısa müddət ərzində, yəni cəmi üç gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri şəxsi heyəti və texnikanı köçürüb. Dördpendirli pizza

“Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlər nəticəsində əldə edilmiş yüksək koordinasiyası və hərəkətlərinin səmərəliliyi, habelə Rusiya qoşunlarının Suriyada və Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsi zamanı əldə edilmiş təcrübə sayəsində mümkün olub”, - deyə nazir qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!