Qazaxıstanda qazı bahalaşdıran direktor tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda qazı bahalaşdıran direktor tutuldu

Dünya

05 Yanvar 2022 09:44 875


Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb.

Yenisabah.az xəbər verir ki, məlumatı “Zakon.kz” yayıb.

Bildirilib ki, onunla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb. pizza

Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində etiraz aksiyaları keçirilib. Sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Hökumət Manqistau vilayətində maye qazın qiymətini 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev vilayətdə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Kaş ki Tarif. Şurası.da( QİYMƏT QALDIRMA )- XALQIN QƏNİMİ ŞURASI DA İSTÜFA. VERƏRDİ.
    4 years ago