Qazaxıstandakı iğtişaşlarda saxlanılanların sayı altı min nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstandakı iğtişaşlarda saxlanılanların sayı altı min nəfərə çatdı

Dünya

09 Yanvar 2022 16:12 631


Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanların sayı 5969 nəfərə çatıb.

“Xabar 24” telekanalının məlumatına görə, onların arasında əcnəbilər də var.

Əməliyyat qərargahının iclasında bildirilib ki, təhlükəsizlik qüvvələri təmizləmə işlərini davam etdirir. Hazırda bütün bölgələrdə vəziyyət sabitləşib. pizza hut

“Hüquq-mühafizə orqanları əvvəllər zəbt olunmuş bütün inzibati binaları boşaldıb, kommunal obyektlərin işi bərpa olunur. Həmçinin terrorçuların axtarışı və həbsi davam etdirilir”, - deyə məlumatda bildirib.

Bazar günü səhər hakimiyyət Almatıda 850, Çimkənddə isə 400-ə yaxın etirazçının saxlandığını bəyan edib.

Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar maye qazın bahalaşmasına etiraz olaraq başlayıb. Hazırda ölkədə fövqəladə vəziyyət hökm sürür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!