Qazaxıstanla bağlı kritik qərar: sülhməramlılar göndərilir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanla bağlı kritik qərar: sülhməramlılar göndərilir

Dünya

06 Yanvar 2022 07:30 2779


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana ordu göndərir.

Bu barədə hazırda təşkilata sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirlib ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jormat Tokayevin müraciəti ilə əlaqədar, eləcə də Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektivi Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!