Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Kriminal

05 Fevral 2025 21:53 391


Qazaxlı Alikin oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi təxminən 10 dəqiqə çəkib.

Məhkəmənin təxirə salınmasında səbəb kimi təqsirləndirilən şəxslərdən Ramil Paşşanovun səhhətinin pisləşməsi və 2 saylı İstintaq Təcridxanasının müalicə məntəqəsinə yerləşdirilməsi göstərilib. Hakim növbəti prosesdə R.Paşşanovun məhkəməyə gətirilməsini istəyib. pizza hut

Növbəti məhkəmə prosesi fevral ayının 12-ə təyin edilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!