Qazidən rüşvət istəyən ginekoloq işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Qazidən rüşvət istəyən ginekoloq işdən çıxarıldı

Sosial

29 İyun 2024 13:23 564


Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn atadan “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı. Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.

Yenisabah.az xəbər verir ki, TƏBİB hadisə ilə bağlı geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görüb:

"Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə iyunun 27-də xitam verilib". Dördpendirli pizza

Xatırladaq, iyunun 19-da saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!