Qəbələdə itkin düşən 49 yaşlı kişi belə axtarılır   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə itkin düşən 49 yaşlı kişi belə axtarılır - VİDEO

Hadisə

05 Dekabr 2022 12:57 1037


Xəbər verildiyi kimi, 30 noyabr 2022-ci ildə 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir. 

pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!