Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələdi

Hadisə

12 Sentyabr 2022 13:02 818


Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub. Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!