Qəbiristanlıq məişət tullantılarından təmizləndi

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıq məişət tullantılarından təmizləndi

Sosial

02 Sentyabr 2020 16:51 803


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Suraxanı rayonu Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

Yenisabah.az xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov əraziyə baxış zamanı faktın öz təsdiqini tapdığını deyib.

O bildirib ki, xidmət əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib: "Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!