Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polisə Rəhimli kənd qəbiristanlığında atəş səslərinin eşidilməsi barədə məlumat daxil olub.
Atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadənin sərxoş vəziyyətdə qəbiristanlığa gəlib. O, atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək 2 dəfə havaya atəş açıb. Dah sonra qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Toyuqlu pizza
Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Telegram kanalımız