Qəbiristanlıqda narkotik gizlədən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıqda narkotik gizlədən şəxs tutuldu

Kriminal

22 Yanvar 2025 11:00 165


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyaya keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib. pizza

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!