“Qüds bəyannaməsi” Yaxın Şərq üçün təhlükədir.
Yenisabaha.az ISNA-ya istinadla xəıbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
“ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapidin birgə bəyanatı Birləşmiş Ştatların İsrailin təhlükəsizliyini və hərbi üstünlüyünü qoruyub saxlamaqda sarsılmaz və qətiyyətli öhdəliyini vurğulayır. Hədəf təkcə İran deyil, həm də İsrailin üstünlüyünü hər zaman tanımalı olan ərəb və islam ölkələridir”, - deyə Kənani vurğulayıb. pizza sifarişi
Onun sözlərinə görə, region üçün əsas təhlükə mənbəyi kifayət qədər aydındır:
“Nə qədər ki, İsrail hökuməti Amerika prezidentlərinin səfərinin ilk dayanacağıdır və birinci məqsəd öz təhlükəsizliyini və hərbi üstünlüyünü qorumaqdır, region xalqları və ölkələri sülh, sabitlik və əmin-amanlığa nail ola bilməyəcək”.
İyulun 14-də Yair Lapid və Co Bayden Qüdsdə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Telegram kanalımız