Qəhrəman qazimizə əlil arabası verildi, protezlə təmin olunacaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qəhrəman qazimizə əlil arabası verildi, protezlə təmin olunacaq - Fotolar

Sosial

30 Noyabr 2020 20:33 1103


Qələbəmizin qəhrəmanlarından olan qazilərdən birinin çağırışına cavab verilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov sosial şəbəkədə paylaşım edib.  

O, bildirib ki, Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər: Dördpendirli pizza

“Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!