Vətən Müharibəsi qəhrəmanları… Qürurumuzu dirçəldən, alnımızdakı ləkəni təmizləyən, yurd həsrətimizə son qoyan şəhidlərimiz… “Ya Qarabağ, ya ölüm” deyib çıxdınız zəfər yürüşünə… Oz qəhrəmalığınızla böyük bir tarix yazdınız. Elə bir tarix ki, bu gün bütün dünya ondan heyrətə gəlib. Elə bir tarix ki, əsrlər boyu bütöv bir qəhrəmanlıq salnaməsi kimi hər kəsə örnək olacaq. Qarşınızda baş əyirik!
Yenisabah.az-ın kollektivi şəhidlərimizin hər birini dərin ehtiramla yad edir:
Pərvin Vüqar oğlu Əlizadə, oktyabrın 21-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Devran Fazil oğlu Naibov, oktyabrın 8-də Cəbrayıl uğrunda şəadətə yüksəlib.

Cahid Vahid oğlu Tağızadə, oktyabrın 3-də Cəbrayılın azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ramil Şakir oğlu Paşayev, oktyabrın 3-də Murovdağ istiqamətində canını fəda edib.

Elvin Şamil oğlu Abbasov, noyabrın 10-da Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhadətə yüksəlib.
/Konkret.az
Telegram kanalımız