Qarabağın azadlığı uğrunda aparılan 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu mübarizə Azərbaycan xalqının lazım gələndə bir bütün ola bildiyini əyani şəkildə sübut etdi. Müharibəyədək insanların aqressiyası, riyakarlığı müzakirə predmetinə çevrilmişdisə, müharibədən sonra mərhəmət duyğusunun baş qaldırdığı müşahidə olundu.
Maraqlıdır, Azərbaycanın Ermənistan üzərində əldə etdiyi parlaq qələbə cəmiyyətdə nəyi dəyişəcək?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm qeyd edib ki, Azərbaycan Ordusu öz qələbəsiylə düşmənin bütün planlarını alt-üst etdi. Onun sözlərinə görə, ermənilər elə düşünürdülər ki, illər keçdi və artıq azərbaycanlılar işğalla barışıb, lakin biz bunun belə olmadığını göstərdik: pizza
“Təəssüf ki,erməni işğalı və vandalizmindən ən çox əziyyət çəkən biz azərbaycanlılar olmuşuq. Yaxın qonşumuzun pis olması, gözünün doymaması zaman-zaman bizlərə zərər verib. Maraqlı fakt odur ki,bu torpaqların heç birinin sahibi erməni olmayıb. Bunlarda naqis bir hərəkət və psixi pozğunluq var. Harda çoxluq təşkil etsələr, “bura bizimdir”,-deyirlər. Uzun illər belə hərəkətlərin qurbanı olan insanlarımız Qarabağdan uzaqda çətin həyat tərzi keçirib, yurd- yuva həsrəti ilə ömür sürüblər. Bu illər ərzində insanlarımızda bir natamamlıq vardı. Heç kim bu uğursuzluğu qəbul edə bilmirdi”.
Psixoloq bildirib ki, işğaldan azad olunan torpaqlar sanki zədələnmiş qururumuzu, utancımızı silib yox etdi:
“27 sentyabr hər şeyi dəyişdi. İgid oğullarımızın ölümdən qorxmayaraq yağışda, küləkdə, qarda apardıqları mübarizə sayəsində yenidən doğulduq. Vətənpərvərlik duyğuları, vətən sevgisi bizi birləşdirdi. Ən vecsiz insanlar belə faydalı olmağa başladı: cəbhəyə yardım etdi, qazilərə baş çəkdi, şəhid ailələrinə kömək etdi. Hər kəsdə müsbətə doğru bir dəyişiklik və mənəvi durulma baş verdi.
Duyğulandırıcı hallardan biri də odur ki, qazilərimizdən birinin hər iki gözünün nuru müharibə alovlari içərisində sönmüşdü. O, “peşman deyiləm, bundan sonra gözlərim Azərbaycan xalqıdır”,- dedi. Hər kəs qazilərimizin göz nuru olmağa çalışmalı və vətəni bizə bir daha sevdirməyi bacaran, fədakar, igid insanlara minnətdar olmalıdır”.
Telegram kanalımız