“Qələbə paradı ağır bir daş olub, düşüb həm “cənubun”, həm də “şimalın” başına” -   Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Qələbə paradı ağır bir daş olub, düşüb həm “cənubun”, həm də “şimalın” başına” - Ekspert

Siyasət

14 Dekabr 2020 12:47 1143


"Bakıda dekabrın 10-da keçirilmiş Qələbə paradı ağır bir daş olub, düşüb həm “cənubun”, həm də “şimalın” başına. Biri  Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Qələbə paradında iştirakından qıcıqlanır, o birisi  paradda nümayiş etdirilən texnikaları görüb, “özündən gedir”. Rusiyadakı qaraguruh ruslar tərəfindən Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən məhv edilmiş, modern çağırışlarla uzlaşmadığı isbat edilmiş  texnikanın nümayişini həzm edə bilmir".

Yenisabah.az xəbər verir ki, bu barədə media eksperti Müşfiq Ələsgərli yazıb.

O qeyd edib ki, həmin qrup Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıb: Marqarita pizza

"İndi bunun qisasını alırlar. Nə ilə? Azərbaycan pomidorunun idxalına qadağa qoymaqla! Anlamırlar  ki, Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsinin səbəblərini Azərbaycan xalqı yaxşı anlayır, bilir ki, bu, süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti görür və başa düşür ki, sülhməramlı qüvvələr səlahiyyət həddini aşaraq, Dağlıq Qarabağda son günlərdə cızdığı yeni xəritələr, oradakı erməni tör-töküntüsünü aktivləşdirmək Qələbə paradında nümayiş etdirilənlərə “cavabdır”.  Amma bu, Azərbaycan xalqında öz davranışlarına görə məyusluq yaratmır, əksinə, anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur, Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə vurur. Azərbaycan xalqında suallar formalaşır: 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını, Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulmasını hara yazaq? Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanı davam etdirmək, bu regiondakı imicini yaxşılaşdırmaq istəyirsə, Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!