Qənirə Paşayeva tanınmış cəbrayıllı jurnalistlə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Paşayeva tanınmış cəbrayıllı jurnalistlə görüşdü - Foto

Sosial

15 Noyabr 2020 23:22 1433


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, əslən Cəbrayıldan olan Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə ilə Milli Məclisdə görüşüb, Cəbrayılın, ümumən Qarabağ torpaqlarımızın azad olunması münasibəti ilə onu təbrik edib, qayğıları, gələcək planları ilə maraqlanıb.

Yenisabah.az xəbər verir ki, görüşdə, Cəbrayıldakı mədəniyyət təsərrüfatının, KİV-lərin bərpası və ya yeni maarifləndirici media orqanlarının qurulması yönündə yaradıcı insanların üzərinə düşən mənəvi məsuliyyət, yaradıcı insanların həmrəylik ruhunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın başçılığı ilə təmin etdiyi tarixi uğurumuzun Azərbaycan tarixinin ən yeni parlaq səhifəsini təşkil etdiyi vurğulanan görüşdə, hərbi zəfərlərin millətin mənəvi-mədəni durumuna, gələcəklə bağlı planlarına böyük təsir göstərdiyi qeyd olunub. pizza hut

Seymur Verdizadə Cəbrayılın, bütövlükdə Qarabağın dirçəldilməsi ilə bağlı yaradıcı insanların da üzərinə özünəxas mənəvi məsuliyyət düşdüyündən danışıb, arzu-istəklərini bölüşüb.

Seymur Verdizadə səmimi görüşə, təbriklərə görə Qənirə Paşayevaya təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!