Qərar verildi: Paşinyana qarşı üsyan başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qərar verildi: Paşinyana qarşı üsyan başlayacaq

Dünya

13 Avqust 2024 09:25 544


Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan getmiş ermənilərə silahların təhvil verilməsi ilə bağlı müraciət edib. 

Publika.az xəbər verir ki, müraciətdə ov tüfəngləri də daxil olmaqla bütün odlu silahların verilməsi tələb olunur. 

Bu müraciət Ermənistanda müxtəlif versiyaların müzakirəsinə səbəb olub.  Dominos pizza

Birinci versiyaya görə, Ermənistan hökuməti daxildə “terror təhlükəsindən” qorxur. İddia olunur ki, Yaxın Şərqdə kəskinləşən vəziyyət terrorçuların Ermənistan ərazisinə daxil olmasına da zəmin yarada bilər. Halbuki, terror dövləti olan Ermənistanın terrorizmdən çəkinməsi suallar yaradır. Digər tərəfdən, Yaxın Şərqdə mövcud olan terror təşkilatlarının erməni terror təşkilatları ilə əlaqələri həmişə mövcud olub. 

İddiaya görə, Ermənistan hökumətində qorxular var. Onlar düşünür ki, “terror təhlükəsi” artarsa, bu prosesdə Qarabağdan getmiş ermənilərin əllərində olan silahlardan da istifadə riski yarana bilər.

İkinci versiya isə Ermənistanda silahlı toqquşmaların yaşana biləcəyi təhlükəsidir. Qarabağdan Ermənistana getmiş ermənilər müxalifətin etiraz aksiyalarında fəal iştirak edir. Hökumət qorxur ki, qarşıdakı seçkilər zamanı bu aktivlik daha da arta bilər. Etirazlar zamanı əlində silah olan ermənilər ondan istifadə haqda düşünə, hökumətin devrilməsi üçün silahlı üsyan başlaya bilər. Buna görə də silahların toplanması prosesi başlayır. 

Halbuki, Ermənistan vətəndaşlarına qanunla silah gəzdirmək hüququ verilir. Bu amil Paşinyan hakimiyyətinin Qarabağdan getmiş ermənilərdən silahların toplanmasında əsas məqsədinin ikinci versiya – hökumətin silahlı üsyanla devrilməsi – olduğunu deməyə əsas verir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!