Qərbdən Ukraynaya göndərilən silahlar oğurlandı 

saytların hazırlanması

Evə çatdırılma

Qərbdən Ukraynaya göndərilən silahlar oğurlandı 

Dünya

21 İyul 2023 10:43 783


2022-ci ildə Ukraynaya göndərilən Qərb silahlarının bir hissəsi oğurlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə CNN kanalı Pentaqonun baş müfəttişinin hesabatına istinadən məlumat yayıb. 

Bildirilib ki, cinayətkarlar, könüllü döyüşçülər və silah alverçiləri Ukrayna qoşunlarının verdiyi bəzi silah və texnikanı ələ keçiriblər.  Sezar pizza

Məlumata görə, cinayətkarlar silah oğurlamaq üçün özlərini humanitar yardım işçisi kimi göstərib, yerli hüquq-mühafizə orqanları oğurluq cəhdlərinin qarşısını ala bilib. 

Hesabatda, həmçinin vurğulanıb ki, 2022-ci ilin oktyabrında Ukrayna anbarlarında yoxlamalar bərpa olunsa da, ümumilikdə nəzarət etmək çətin olub. Həmin ay ABŞ Müdafiə Nazirliyi Kiyevi izləmə sistemləri, xüsusilə skanerlər və xüsusi proqramlarla təmin edib./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!