“Qərbin dominantlıq dövrü başa çatdı” - Orban

saytların hazırlanması

Evə çatdırılma

“Qərbin dominantlıq dövrü başa çatdı” - Orban

Siyasət

11 Fevral 2024 21:41 470


Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit okean regionuna keçir.

Yenisabah.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət - Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit okean regionundadır”, – deyə Orban bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!