Qərbin sərhəd məsələsindəki planı: “Çalışırlar ki, 2017-cı ildəki qərara əsasən...”

saytların hazırlanması

Evə çatdırılma

Qərbin sərhəd məsələsindəki planı: “Çalışırlar ki, 2017-cı ildəki qərara əsasən...”

Siyasət

06 Fevral 2024 23:12 1000


Azərbaycan və Ermənistan arasında sərhəd məsələsinin həlli istiqamətində müxtəlif fikirlər dolaşır. Bu cür təkliflərdən biri də məhz ATƏT tərəfindən 2017-ci ildə qəbul olunmuş qərarla bağlıdır. Bir sıra qərb dairələri də sərhəd məsələsinin məhz bu qərara əsasən qəbul olunmasında israrlıdır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Natiq Miri bu ATƏT-in qəbul etdiyi qərarın birmənalı olaraq sərhədlərin təyini məsələsində qəbuledilməz olduğunu qeyd edib.

“Düşünürəm ki, bu iddia qərb platformalarının aktivləşdirilməsi və Azərbaycan tərəfindən qəbul edilməsinə xidmət edən bir məsələdir. ATƏT-in və qərb ölkələrinin istər münaqişənin əvvəlindən, istərsə də 44 günlük müharibədən sonrakı fəaliyyəti və adekvat olmayan davranışları Azərbaycanı bu platformalardan imtina edəcək səviyyəyə gətirib çıxarıb. Doğrudur, bu həm də Azərbaycanın xarici siyasətində bir uğur hesab olunmalıdır, çünki məsələni çoxplatformalı və mümkünsüz sülh müqaviləsi prosesindən ikitərəfli müstəviyə daşımağı bacarmışıq. Bu özlüyündə çox böyük bir uğurdur. Dördpendirli pizza

Ona görə də indiki vəziyyətdə sülh müqaviləsi və sərhəd məsələsini ATƏT və digər strukturlara daşımaq Azərbaycanın maraqlarına uyğun ola bilməz. Kimlərsə beynəlxalq hüquqdan dəm vura bilər, ancaq qərb strukturlarının davranışları heç bir beynəlxalq hüquq və standartlara uyğun gəlmir. Bu cür platformalarda hansısa ölkə və şəxslərin maraqlarına xidmət edən anti-Azərbaycan yönümlü qərarlar qəbul olunur. Bu səbəbdən ATƏT-in və ya hansısa Avropa strukturunun qəbul etdiyi hansısa mexanizm Azərbaycan üçün ölçü ola bilməz və olmamalıdır. Çünki ortada fərqli reallıqlar var”. 

Politoloq ATƏT-in bu məsələdə tarixi və hüquqi tərəfdən xəbərsiz olduğunu bildirib.

“ATƏT Azərbaycan və Ermənistanla bağlı sərhəd məsələsini həll etmək istəyirsə, tarixi prosesləri nəzərə alırmı? Yaxud Azərbaycan Bolşevik Rusiyası tərəfindən işğal olunanda sərhədlərin harada olmasından xəbərdardırmı? Ortada gerçəklər var və bu gerçəklər əsasında proses davam etməlidir. Əks təqdirdə Ermənistan məğlub olmuş olsa belə havadarları vasitəsi ilə öz iddialarından əl çəkməyəcək.

Əslində sərhədlərin müəyyənləşdiriməsində Azərbaycanın daha çox iddialar ortaya qoymasında əsas məqsədlərdən biri heç də 20-ci il sərhədlərinə qayıdış deyil. Bu gün bunun mümkün olmadığını Azərbaycan da yaxşı başa düşür. Bu sadəcə olaraq Ermənistana qarşı bir təyziq mexanizmi olaraq istifadə olunur. Ona görə də düşünürəm ki, Ermənistan işğalda olan 8 kəndi qaytarmalı və daha sonra sərhədlərin müəyyənləşdirilməsi prosesini irəliyə doğru aparmaq mümkün olacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!