Qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

Sosial

17 Noyabr 2020 16:06 1067


Bu ilin oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1244,4 min nəfər pensiyaçı qeydiyyatda olub.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a bildirilib ki, bu da ölkə əhalisinin 12,4 faizini təşkil edir. Onların 58,3 faizi yaşa, 30,3 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,0 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 13,2 faiz artaraq 298,4 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,2 faizinə bərabər olub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!