Qəza qurbanlarının ailəsinə təzminat ödənəcək - 83 milyon dollar

saytların hazırlanması

Evə çatdırılma

Qəza qurbanlarının ailəsinə təzminat ödənəcək - 83 milyon dollar

Dünya

04 Yanvar 2022 12:21 1008


Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 83,94 milyon ABŞ dolları və faiz ödənilməsinə dair qərar verilib.

Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, qərarı Kanadanın Ontario ştatının məhkəməsi çıxarıb.

Təzminat alan 6 ailə üzvü 752 saylı reysin göyərtəsində həyat yoldaşlarını, bacılarını, uşaqlarını, bacı-qardaşlarını və qardaşı qızlarını itirib. Onlar İrana və insidentə görə məsuliyyət daşıyan digər rəsmilərə qarşı mülki iddia qaldırıblar. Toyuqlu pizza

Şahin Moqəddəm, Mehrzad Zarya və Əli Qorcidən fərqli olaraq, iddiaçılardan bəziləri adlarını gizlətmək istəyiblər.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing” təyyarəsi 2020-ci il yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarədə 167 sərnişin və 9 ekipaj üzvü olub və hamısı həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!