Qəzada yaralananlar arasında adları və milliyyətləri bəlli olmayan 2 qadın da var.
Yenisabah.az xəbər verir ki, bBu gün, dekabrın 26-da məlum olub ki, onlardan biri Azərbaycan vətəndaşıdır.
Bütün xəstələr Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin diaqnostika və müalicə protokoluna uyğun olaraq, tam həcmdə müalicə alırlar. Marqarita pizza
İstintaq orqanları 2 xəstənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparıb, onlardan birinin şəxsiyyəti - Azərbaycan vətəndaşlığı müəyyən edilib.
Regionun səhiyyə idarəsi məlumat yayıb: "Xəstələr müxtəlif xəsarətlərlə, əsasən çoxsaylı zədələrlə (qapalı kəllə-beyin zədəsi, beyin silkələnməsi, döş qəfəsinin qapalı zədələnməsi, 1-2 dərəcəli travmatik şok) daxil olublar. Reanimasiya şöbəsinə yerləşdirilən 11 xəstədən 3 nəfərin vəziyyəti stabil və ağır, yeddisinin vəziyyəti ağır, bir xəstənin vəziyyəti isə son dərəcə ağır, qeyri-stabildir. Qəbul edildikdən sonra bütün zərərçəkənlər bütün zəruri müayinələrdən keçib, vəziyyətləri stabilləşdikdən sonra profillərinə uyğun olaraq xəstəxanaya yerləşdiriliblər.
8 zərərçəkmişdən birinin vəziyyəti son dərəcə ağır, qeyri-stabildir, ikinci qurban isə qarın boşluğunun drenajı ilə yoğun bağırsağın mezenteriyasının cırılması ilə təcili olaraq laparotomiyaya məruz qalıb”.
Telegram kanalımız