Qəzaya düşən Mehriban Zəkidən xəbər var - Video

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya düşən Mehriban Zəkidən xəbər var - Video

Şou

31 Mart 2023 11:40 1039


Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəbər var.

Yenisabah.az Pravda-ya xəbər verir ki, sənətçinin vəziyyəti günbəgün daha da yaxşılaşır.

Bu barədə Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Mutuzəliyev danışıb. pizza hut

O, "MTV xəbər"ə açıqlamasında Xalq artistinin səhhəti ilə mütəmadi maraqlandıqlarını bildirib:

"Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti yavaş-yavaş yaxşılaşır. Hələki xəstəxanada müalicə alır. Tam sağalan kimi orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək".

Xatırladaq ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi "Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!