Qəzza zolağına nəzarət Fələstin Muxtariyyətinə qaytarılsın - İsrailli siyasətçi

saytların hazırlanması

Evə çatdırılma

Qəzza zolağına nəzarət Fələstin Muxtariyyətinə qaytarılsın - İsrailli siyasətçi

Dünya

19 Oktyabr 2023 16:29 375


İsrail müxalifətinin lideri Yair Lapid Qəzza zolağına nəzarətin Fələstin Muxtariyyətinə qaytarılmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirib. 

Yenisabah.az “The Times of Israel”ə istinadla xəbər verir ki, eks-Baş nazir bu barədə Təl-Əvivdə keçirilən mətbuat konfransında bildirib. 

“Məncə, son nəticədə ən yaxşı seçim Fələstin Administrasiyasının Qəzzaya qayıtması olardı. Əvvəllər də belə olub. Hələ də Fələstin administrasiyasından Qəzzada 20 minə yaxın adam işləyir. İsrail Qəzza əhalisi ilə deyil, HƏMAS-la müharibə aparır”, - deyə siyasətçi bildirib.  pizza hut

O, həmçinin xarici medianı HƏMAS ilə münaqişə kontekstində İsrailə qarşı qərəzli mövqe tutduqlarına görə tənqid edib.

Bundan əlavə, Lapid Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücuma medianın reaksiyasından narazılığını ifadə edərək deyib:

“Sizcə, körpələri, hamilə qadınları öldürən, qadınları çəkinmədən qaçıran bir təşkilat yalan danışmaqdan qurtula bilər? Ona görə də “demokratik ölkə” və “terror qruplaşması” amillərinin eyni şəkildə təqdim edilməməsi vacibdir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!