Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

saytların hazırlanması

Evə çatdırılma

Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

Dünya

20 Oktyabr 2023 07:32 287


HƏMAS hərəkatının inzibati nəzarəti altında olan Qəzza zolağında milli təhlükəsizlik qüvvələrinin komandiri general Cihad Əbd Müheysin İsrailin Əş-Şeyx Radvan məhəlləsini bombalaması zamanı ölüb.

Verilən məlumata görə, “General Müheysin və onun bir neçə ailə üzvü həmin vaxt Qəzza təhlükəsizlik qüvvələrinin rəhbərinin yerləşdiyi evə İsrail mərmisinin birbaşa zərbəsi nəticəsində həlak olub”.

Generalın ölümü ilə əlaqədar HƏMAS bəyanat yayıb və qeyd edib ki, liderlərin qəsdən öldürülməsi təhlükəsizlik qüvvələrinin peşəkarcasına fəaliyyətlərini davam etdirməsinə və hərəkatın [İsrailin] təcavüzünə müqavimət göstərməsinə mane olmayacaq. Toyuqlu pizza

Həmçinin qeyd olunur ki, bir müddət əvvəl İsrailin Fələstin sektorunun cənub hissəsində yerləşən Nuseyrat şəhərinin rayonlarından birinə hücumu nəticəsində Qəzza keçid məntəqələrinin rəisi general Fuad Əbu İbtihan öldürülüb. Bombardman zamanı onun bir neçə ailə üzvü də həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!