Vətətndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Regionlarda həssas qrupa aid edilən vətəndaşların Koronavirus (COVID-19) infeksiyasından qorunması üçün ictimai məlumatlandırma və tibbi ləvazimatlarının paylanması kampaniyasının təşkili" adlı layihənin icrasına başlayıb.
Bu barədə Yenisabah.az-a Vətətndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyinin icraçı direktoru T. Mirqasımov məlumat verib.
O bildirib ki, layihə Azərbaycanın Göyçay və Ucar rayonlarında icra olunacaq: “Layihə çərçivəsində sosial qayğıya ehtiyacı olan 68 ailailəyə koronavirus infeksiyasından qorunmaq üçün gigiyenik vasitələr paylanılacaq”. Toyuqlu pizza
Telegram kanalımız