Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan-Tacikistan sərhədində yenidən insident baş verdi

Dünya

10 Mart 2022 11:01 521


Qırğızıstan-Tacikistan sərhədində insident baş verib.

Yenisabah.az "24.kg"-yə istinadla xəbər verir ki, bu gün saat 10.50 radələrində Tacikistan sərhəd dəstəsi sərhədin təyin olunmamış hissəsində növbətçilik edərkən, əvvəllər istifadə olunan marşrutu dəyişərək, yeni sərhəd xəttinə keçib. Qırğızıstan sərhədçiləri ərazini tərk edib.

Tacikistan sərhədçilərinin olduğu yerə əlavə qüvvələr gəlib. Tacikistanın sərhədçiləri say üstünlüyündən istifadə edərək yeni sərhədə keçməyə çalışıblar. Lakin Qırğızıstan sərhədçiləri Tacikistan Respublikasının hərbçilərinə öz niyyətlərini həyata keçirməyə imkan verməyiblər. pizza hut

Nəticədə 10 dəqiqəyə yaxın davam edən atışma başlayıb. Atışma nəticəsində Qırğızıstan tərəfdən xəsarət alan olmayıb. Amma Tacikistan tərəfdən yaralılar var.

Hazırda iki ölkənin sərhəd nümayəndələri danışıqlar aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!