Qırğızıstanda anomal istilər: Polis insanların üstünə su çiləyir

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda anomal istilər: Polis insanların üstünə su çiləyir

Dünya

29 İyul 2022 09:37 1022


Qırğızıstanın paytaxtı Bişkekdə anomal temperatur səbəbindən polis insanları sərinləmək üçün TOMA ilə su çiləyib.

Yenisabah.az xəbər verir ki, paytaxt Bişkekdə TOMA-lar şəhərin əsas küçələrini gəzərək ağacları və küçələri sulayır, xalq isə TOMA-lardan səpilən su ilə sərinləyir.

Daxili İşlər Nazirliyinin Bişkek Administrasiyasının sözçüsü Ulan Cumakov verdiyi açıqlamada nümayişlərə müdaxilə etmək üçün istifadə edilən TOMA-ların ölkə tarixində ilk dəfə hava istiliyinə qarşı istifadə edildiyini bildirib və “Uşaqlar xüsusilə TOMA-ları bəyəndi. Onlar süni yağışın altında sevincək qaçırdılar”, - deyib. Pepperoni pizza

Cumakov qeyd edib ki, bu, polisin cəmiyyətin bir hissəsi və ictimaiyyətlə birlikdə olması üçün atılan addımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!