“Qisas”dan sonra antiterror əməliyyatı keçiriləcək?

saytların hazırlanması

Evə çatdırılma

“Qisas”dan sonra antiterror əməliyyatı keçiriləcək?

Siyasət

14 Fevral 2024 08:47 641


Ermənistanın Azərbaycana qarşı törətdiyi terroru hələ də davam edir. Belə ki, sərhəddəki sonuncu təxribatın arxasından da terrorçular çıxdı. Məlum olub ki, təxribatı törədənlər “Torpağın Mühafizəsi Könüllüləri Birliyi”nin (“Yerkrapa”) üzvləridir. Hətta faktı Ermənistan Parlamentinin deputatı Andranik Köçəryan da təsdiqləyib.

O, “Qisas” əməliyyatı zamanı məhv edilənlərin “Yerkrapa” terror təşkilatının üzvləri olduğunu etiraf edilib. Üstəlik, ölənlərin 40-67 yaş arası terrorçular olması Ermənistanın əsl üzünü bir daha ortaya qoyub.

Erməni təxribatına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycan bu faktlardan yararlanmalıdır: Dominos pizza

“Təxribatda iştirak edən terrorçuların yaşına baxanda adam dəhşətə gəlir. Hesab edirəm ki, bu faktı beynəlxalq ictimaiyyətin diqqətinə lazımi şəkildə çatdırmalıyıq. Çünki Ermənistan rəsmiləri sülhdən danışırlar, amma 1957-ci və1974-cü il təvəllüdlü adamlar sərhəddə təxribat törədir.

Üstəlik, bu faktlar rəsmi İrəvan tərəfindən də etiraf olunub. Bu, həm də Dövlət Sərhəd Xidmətinin (DSX) təqdim etdiyi görüntülərdən də aydın şəkildə görünür. Görüntülərdə döyüş növbəsi çəkən ordudan əsər-əlamət yoxdur. Orada başıpozuq bir dəstənin gəlib atəş açdığı görünür.

Amma qarşı-qarşıya dayanan ordular müəyyən ehtiyat tədbirləri görürlər. Ən azından əsgərlərin başında dəbilqə, əynində zirehli gödəkçə və s. olur. Sözügedən terrorçular isə rahat şəkildə gəlib atəş açıb getdilər. 

Nəticədə Dövlət Sərhəd Xidmətinin keçirdiyi “Qisas” əməliyyatı nəticəsində məhv edildilər və oradakı döyüş postu da darmadağın edildi. Azərbaycanın bu həmləsi tamamilə qanunauyğundur”.

Polkovnik vurğulayıb ki, heç kim də buna görə Azərbaycana nəsə deyə bilməz:

“İndiyə qədər Ermənistan ordusunun acınacaqlı vəziyyətindən danışırdıq. İndi isə yaşlı terrorçuları dövlət sərhədinə göndərirlər. Əlbəttə ki, bu da Ermənistan üçün böyük bir rüsvayçılıqdır. Rəsmi İrəvan buna mütləq şəkildə aydınlıq gətirməlidir. 

Belə həssas bir məqamda terrorçuların əllərində silahlarla gəlib prosesi pozurlar. Həmçinin, Ermənistan polisi terrorçuların oraya icazəsiz keçidiyini də istisna etmir. Bunun təsdiqlənməsi isə orada başqa kənar qüvvələrin olduğunu göstərəcək. Bu isə təxribatda maraqlı olan qüvvələrin olduğu üzə çıxaracaq.

Düşünürəm ki, Ermənistan bunlara aydınlıq gətirməlidir. Əks təqdirdə, Ermənistan terror təşkilatları ilə əlaqəsinin mövcudluğunu, habelə terroru maliyyələşdirən və dəstəkləyən dövlətlərdən biri olduğunu bütün dünyaya sübut edəcək. Azərbaycan buna cavab vermək hüququnu özündə saxlayır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!