Qlobal karantin sadəcə bir sınaqdır -   Bundan sonra daha betəri gəlir

saytların hazırlanması

Evə çatdırılma

Qlobal karantin sadəcə bir sınaqdır - Bundan sonra daha betəri gəlir

Siyasət

10 Mart 2021 14:54 1893


“Xalqlar karantinə etiraz etməsə, bundan sonra daha betəri gəlir. ABŞ-ın ən yaxşı universitetlərindən birində Prezident Təqaüdü alan təcrübəli araşdırmaçı Joel Kotkin yeni məqaləsində deyir ki, koronavirusla bağlı qlobal karantin sadəcə bir sınaqdır. Əsl, hərtərəfli və həmişəlik karantin bundan sonra gələcək, özü də başqa bəhanə ilə - iqlim dəyişməsi təhlükəsi bəhanəsilə”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“Demokratiyaya, insan haqlarına, hətta bəşəriyyətə nifrət edən, dünyada əhalinin azaldılması məqsədilə ekoloji diktatura qurmaq istəyən çox zəngin və nüfuzlu “yaşıllar” hərəkatının təhlilini edən Joel Kotkinin məqaləsi ingiliscə olduğu üçün burda bircə iqtibas gətirim: Toyuqlu pizza

“İqlim təhlükəsi adı ilə ən sərt karantini yuxarıdan aşağıya zorla tətbiq etmək lazım gələcək, çünki xalqlar bunu istəmir. COVID-19 məsələsində də bu belə oldu. Bunun üçün insanlara iqlimlə bağlı fövqəladə vəziyyət hissi aşılanmalıdır. Olduqca sərt iqlim karantini yeritmək istəyən siyasi rəhbərlər kütləvi itaətsizlik göstərən ifratçı ekoloji fəallardan ibarət qruplardan dəstək də ala bilərlər”, - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!